SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında Bakı metropoliteninin bütün stansiyalarında sıxlıq müşahidə olunub.

Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, metroda qatarların hərəkətində gecikmələr yaranıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.WS-ə bildirib ki, qatarların qrafikindəki gecikmələr və sərnişin sıxlığı depoda yaranmış texniki problemlə əlaqədar olub.

Onun sözlərinə görə, səhər saat 6-dan etibarən qatarların depodan xəttə qəbul edilməsində problem yaşanıb.

O bildirib ki, xəttə kifayət qədər qatar qəbul etmək mümkün olmadı: “Ona görə də stansiyalarda sərnişin sıxlığı yarandı. Səhər saat 7-dən sonra artıq xəttə qatarların tam hərəkətini bərpa etdik. Buna baxmayaraq, sərnişin sıxlığı var idi".

Onun sözlərinə görə, hazırda qatarların qrafiki bərpa olunub, yaxın dəqiqələrdə stansiyalardakı sərnişin sıxlığı da tam aradan qaldırılacaq.

BAKU.WS