Şirvanda avtobus jurnalisti vuraraq öldürdü

Şirvanda avtobus jurnalisti vuraraq öldürdü
Hadisə 1296
Bu gün axşam saatlarında Şirvan şəhərində piyadanın vurularaq ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.BAKU.WS Virtualaz.org saytına istinadən xəbər verir ki, “Ədalət” və “Təzadlar” qəzetinin bölgə müxbiri işləmiş 61 yaşlı Səxavət Məmmədli Heydər Əliyev prospektində yolu keçmək istəyərkən, onu Dövlət Neft Şirkətinə məxsus 90-JS-404 dövlət nömrə nişanlı avtobus vurub.Ağır xəsarətlər almış jurnalist Şirvan şəhər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.Qeyd edək ki, Səxavət Məmmədli son vaxtlar “Həftə içi” qəzetinin bölgə müxbiri işləyirdi.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər