SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Bandotdel”in keçirdiyi əməliyyat nəticəsində saxlanılan şəxslərdən biri haqda maraqlı məlumat daxil olub.

BAKU.WS-in "Qafqazinfo"ya intinadla verdiyi xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Səbuhi Məmmədov və Hacıqabul rayon sakinləri - Güləhməd Mirzəyevlə Natiq Kazımov saxlanılıb. Aparılan araşdırma nəticəsində onların Gülnar adlı şəxs vasitəsi ilə barələrində rüsvayedici videolar yayacaqları hədəsi ilə bir neçə vətəndaşdan külli miqdarda pul almaları da müəyyən edilib. Şirvan şəhər sakini Gülnar Əhmədova da saxlanılaraq istintaqa cəlb edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saxlanılan Gülnar Əhmədova Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyevin katibəsi olub. Şirvan Şəhər Təhsil Şöbəsindən "Qafqazinfo”ya məlumatı təsdiqləyiblər və bildiriblər ki, Gülnar bir müddət əvvəl işdən çıxarılıb.

Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyev isə həm də 46 saylı seçki dairəsindən namizəddir.

G.Əhmədova şəhərdə imkanlı kişilərlə cinsi əlaqədə olub həmin anı videokamera ilə qeydə alırmışş Sonradan isə həmin videoları yayacağı ilə hədələyib onlardan külli miqdarda pul alıb. Artıq bir neçə kişi onun qurabınına çevrilib. İki nəfər isə G.Əhmədovanın tələbini yerinə yetirmədiyi üçün video görüntülər şəhər camaatı arasında yayılıb. Bundan sonra hüquq-mühafizə orqanlarına şikayət edilib və G.Əhmədova saxlanılıb.
 
BAKU.WS