SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda transformatordakı yüksək gərginlikli cərəyanın iki gənci vurması ölkə gündəmini zəbt edib.

BAKU.WS
-in Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hadisədə ağır yaralanan və 1 qolu amputasiya edilən 20 yaşlı Fəqan Fərzəliyevin qonşusu Rauf Məmmədli məsələ ətrafında gedən müzakirələrə münasibət bildirib.

O, Ağadadaş Qurbanov küçəsində qeydə alınan hadisədə vacib detalın diqqətdən yayındığını qeyd edib:

"Bir çox məsələlərdə olduğu kimi, bu olayın baş verməsinə də insanlar tipik azərbaycanlı düşüncəsi ilə yanaşıblar. İnsanların çoxu hesab edir ki, gənclər təbii ehtiyaclarını qarşılamaq üçün transformatoru məkan olaraq seçiblər.

Bu qətiyyən belə deyil. Ən azından ona görə ki, məhəllə kifayət qədər böyükdür və məhəllədə təhlükənin olmadığı kifayət qədər tikili var. Bütün bu müzakirələrin belə bir yöndə inkişaf etməsinə səbəb olan məsələ ölkədə jurnalistikanın çox aşağı səviyyədə olmasıdır.

Bu hadisə ilə bağlı detallı bir jurnalist araşdırması yoxdur. Hadisə barədə məlumat yayan saytların mütləq əksəriyyəti xəbərə transformator şəkili qoyaraq, öz ağıllarının məhsulu ilə bu mövzuda yazı yazıblar. Bu hadisənin intihara cəhd olub-olmaması müzakirə olunmur. Bəlkə gənclər hansısa problemdən dolayı ölümü çıxış yolu kimi görüblər və belə addım atıblar?!”

Rauf Məmmədli Fəqanın vəziyyətinin ağır, sağ qalma ehtimalının isə az olduğunu qeyd edib:

"Bu cür ağıllı, tərbiyyəli, yaraşıqlı oğlanın belə vəziyyətdə olması çox acınacaqlıdır. Onu tanımayan insanların onun barəsində həqiqəti əks etdirməyən fikirlər deməsi daha ağır və acınacaqlıdır. Allah kömək olsun, əziz qardaşım”.

Xatırladaq ki, dünən gündüz saatlarında Fəqan Fərzəliyev 18 yaşlarında qız 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olublar. Bu zaman ehtiyatsızlıq edən Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub.

Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya Səccad

BAKU.WS