Bakıda qızla oğlanın transformatorun içində görüşü faciəyə səbəb oldu (VİDEO)

Bakıda qızla oğlanın transformatorun içində görüşü faciəyə səbəb oldu (VİDEO)
Video
Hadisə 5643

 

Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, rayonun Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və hələlik kimliyi məlum olmayan təxminən 18 yaşlarında qız 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olublar. Bu zaman ehtiyatsızlıq edən Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub.

Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib.

Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.

BAKU.WS

 

Oxşar xəbərlər

Bakıda kafedə qadını hesab üstündə döydülər

Bakıda kafedə qadını hesab üstündə döydülər

Bakının Nəsimi rayonunda yerləşən kafelərin birində hesab üstə düşən mübahisə zamanı qadın döyülüb. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, 50 yaşlı...

1372 Hadisə 09:45 09 oktyabr 2015

Son xəbərlər