SİZİN REKLAM BURADA!
055 213 76 73



Tovuz rayonunda qadın əri tərəfindən döyülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Eyyublu kəndində baş verib. 

Kənd sakini, 1990-cı il təvəllüdlü Zülfiyə Allahverən qızı Əhmədova əri tərəfindən döyülüb. Nəticədə onun burnu sınıb. 
Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
 
BAKU.WS