5-ci mərtəbədən yıxılmış qadın sağ qalıb

5-ci mərtəbədən yıxılmış qadın sağ qalıb
Hadisə 1505
 

Tovuzda qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Tovuz şəhər sakini, 1996-cı il təvəllüdlü Abbaszadə Nərmin Elçin qızı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilinin pəncərə şüşələrini silərkən ehtiyatsızlıqdan yerə yıxılıb.

Ağır xəsarət alan qadın Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, N.Abbaszadə xalası qızının nişan mərasiminə hazırlıq məqsədi ilə evində təmizlik işləri aparırmış.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Kürəkən qayınanasını bıçaqladı

Kürəkən qayınanasını bıçaqladı

Şəmkir sakini Gəncədə bıçaqlanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Şəmkir rayon Əliyaqublu kənd sakini, 1966-cı il təvəllüdlü Nəsirova Səltənət Qulu qı...

1800 Hadisə 21:00 10 iyul 2017

Son xəbərlər