Tovuzda ər arvadını döyərək ağır xəsarət yetirib

Tovuzda ər arvadını döyərək ağır xəsarət yetirib
Hadisə 1731

Tovuz rayonunda qadın əri tərəfindən döyülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Eyyublu kəndində baş verib. 

Kənd sakini, 1990-cı il təvəllüdlü Zülfiyə Allahverən qızı Əhmədova əri tərəfindən döyülüb. Nəticədə onun burnu sınıb. 

Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

BAKU.WS

Son xəbərlər