SİZİN REKLAM BURADA!
055 213 76 73


  
Səhər saatlarında Hacıqabul rayonunda silahlı insident baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, rayonun naməlum şəxs tərəfindən 2 nəfər güllələnərək qətlə yetirilib, 1 nəfər isə ağır odlu silah yarası alıb.
 
Hacıqabulda 2 nəfərin öldürülməsi, 1 nəfərin ağır yaralanması ilə nəticələnən silahlı insidentin bəzi təfərrüatları məlum olub. Hadisə bir nəfərin Bayram İbrahimov küçəsində yerləşən evə silahlı basqın etməsi nəticəsində baş verib.

Öldürülənlərin bir ailənin üzvləri olduğu bildirilir. Qətlə yetirilən şəxslərdən biri qadındır. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib.

İnsident zamanı ağır odlu silah yarası alan digər şəxs Hacıqabul xəstəxanasına yerləşdirilib. İnsident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Naməlum silahlı şəxs evə girərək 4 nəfəri qətlə yetirib, daha sonra özünü öldürüb.

Öldürülənlər bir ailənin üzvləri olublar. Bunlar Namiq və Nazim Məmməd oğlu Qəmbərovlar, həmçinin Gülbağda və Almara Məmməd qızı Qəmbərovalardır.
 
BAKU.WS