VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Aşıq Zülfiyyə ayağından zədə alıb.

BAKU.WS xəbər verir ki, Yenicag.az-a açıqlama verən sənətçi başına gələnləri belə xatırlayır:

"Bildiyiniz kimi Tovuzun Alakol kəndində ev tikdirmişəm. O qədər dedilər ki… Axırda nəzərə gəldim. Çardaqda döşəməni vururdular. Ayağım necə büdrədisə, taxtaların arasından aşağı yıxıldım. Düz 1 həftə yerimdən qalxa bilmədim. Ağrıdan yata da bilmirdim. Hətta ən yaxın dostlarımdan biri evində şadyanalıq keçirirdi, gedə bilmədim. Heç kimə başıma gələnləri danışa bilmədim. Adam oturduğu yerdə işə düşər ha, mənim də başıma gələnlər ona oxşadı. İndi bir az yaxşıyam. Allah üzümə baxdı ki, qolum sınmadı”.