Tünzalə Ağayeva efirdə hönkürüb ağladı: “Yanında ola bilmədim” – VİDEO

Tünzalə Ağayeva efirdə hönkürüb ağladı: “Yanında ola bilmədim” – VİDEO
Video
Şou-biznes 1825

ARB TV-nin "Gəlin Danışaq” verilişinin növbəti qonağı əməkdar artist Tünzalə Ağayeva olub.

Səmimi və maraqlı açıqlamalar verən əməkdar artist, özünün kəşf etdiyi və 3 il öncə vəfat edən Sura Əsgərli ilə birlikdə duetinə çəkilən klip görüntülərini izləyərkən göz yaşlarını saxlaya bilməyib:

"Allah yerini cənnət eləsin. Heç nə deyə bilmərəm. Nur içində yatsın. Çox istedadlı bala idi. Onu zorla aparıb klipi çəkdik. Hər bir anı mənim üçün əzizdir. Çox qınayıram özümü, onu hər dəfə elə görəndə. Mən onun yanında daha çox ola bilərdim, amma ola bilmədim. İçimdən çox "kaş ki”lər keçir”.

Qeyd edək ki, "Gəlin danışaq” proqramı həftə içi 5 gün saat 11:00-da ARB TV-də yayımlanır.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər