SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Rusiyanın Krasnoyarsk diyarının Suxobuzimsk rayonunda yanaraq ölən azərbaycanlı ailə üzvlərinin kimliyi məlum olub.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, ailənin başçısı Azərbaycan vətəndaşı, 1980-cı il təvəllüdlü İlyasov Vüqar Tahir oğlu, onun ailə üzvləri - 2007-ci il təvəllüdlü İlyasov Həsən Vüqar oğlu, 2011-ci il təvəllüdlü İlyasov Ümid Vüqar oğlu, 2014-cü il təvəllüdlü İlyasov Fərid Vüqar oğlu və 2016-cı il təvəllüdlü İlyasova Xədicə Vüqar qızı yanğının qurbanı olub, 2004-cü il təvəllüdlü İlyasov Hüseyn Vüqar oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
 
Yanğın baş verən vaxt ana evdə olmayıb.
 
Onların meyitləri sabah Azərbaycana göndərilərək Şəmkir rayonunda dəfn olunacaq.
 
İlkin ehtimala görə, yanğın sobadan düşən alovdan baş verib.
 
BAKU.WS