30 yaşlı qız dayısını baltaladı

30 yaşlı qız dayısını baltaladı
Hadisə 823
Şüvəlan qəsəbəsində qız dayısına balta ilə hücum edib.BAKU.WS xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından “oxu.az”a bildirilib.Verilən məlumata görə, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.Məlumata görə, 1949-cu il təvəllüdlü Adil Mənsur oğlu Şükürov bacısı qızı, 1989-cu il təvəllüdlü Dibirova Elvira Şaban qızının hücumuna məruz qalıb. Belə ki, 30 yaşlı qız balta ilə dayısına xəsarət yetirib.Hadisəni törədən E.Dibirovanın ruhi-əqli vəziyyətinin yerində olmadığı qeyd edilir.Yaralı A.Şükürov 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Vəziyyəti stabildir.

Son xəbərlər