Azərbaycanda ata fəhlə işləyən 23 yaşlı qızını baltaladı - TƏFƏRRÜAT
10
okt
2017
14:32
Şəmkirdə ata qızına balta ilə ağır xəsarət yetirib.BAKU.WS xəbər verir ki, APA-nın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.1994-cü il təvəllüdlü Əhmədova Nuranə İsmayıl qızı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğunu bildirilir.Atanın 23 yaşlı qızını baltalaması adisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Çaparlı kəndində yaşadığı evdə atası İsmayıl Əhmədov tərəfindən amansızlıqla döyülən və başına balta ilə xəsarətlər yetirilən 23 yaşlı Nuranə bir müddət əvvəl ailə həyatı qursa da, sonradan boşanıb.1 körpə uşağı ilə ata evinə qayıdan gənc qadın kənddəki istixanalarda fəhlə işləyirmiş.Hadisəni törədən İ.Əhmədov isə əvvəllər məhkumluq həyatı yaşayıb. Nevroz xəstəsi olan həmin şəxs dəfələrlə həyat yoldaşını, oğlunu və qızını döydüyü üçün polis şöbəsinə aparılıb.Dünənki hadisənin səbəbinə gəldikdə isə ailə üzvləri atasının Nuranəyə səbəbsiz yerə, boş bir şeyin üstündə əsəbiləşdiyini və bundan sonra döyüb öldürmək istədiyini deyiblər.İ.Əhmədov daha sonra qaçdığından onu tutmaq hələ ki, mümkün olmayıb.BAKU.WS
Oxşar xəbərlər
Şəmkirdə ata qızını baltalayıb
Şəmkirdə ata qızına balta ilə ağır xəsarət yetirib. BAKU.WSAPA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb. 1994-cü il təvəllüdlü...