Tükürpədən olay: Balaca uşaq atasının öldürüldüyü anı danışdı - "Baltanı başından vurdu..." (VİDEO)
Göyçayda qətl hadisəsinin üstü açılıb. Məlum olub ki, 5 gün əvvəl yoxa çıxan kişini öldürərək həyətdə basdırıblar. Hadisədə onun həyat yoldaşı da təqsirli bilinir. Lənkəranda isə 80 yaşlı kişi 4-ci dəfə evləndiyi qadını qətlə yetirib.
Bir neçə gündür ki yaxınları tərəfindən axtarılan kənd sakini 37 yaşlı Sadıq Musayev ötən gün axşam saatlarında yaşadığı evin həyətində meyidi tapılıb.
Hadisə Göyçayın Çərəkə kəndində baş verib.Onun bıçaq və balta ilə öldürüldüyü məlum olub. Daha sonra məlum olub ki Sadiq Musayevin evinə qonaq gələn Ucar sakini Seymur Xanməmmədovla yeyib-içiblər və hadisədə bundan sonra baş verib. O balta və bıçaqla qətlə yetirilərək həyətdə basdırılıb.
Ən acınacaqlı məqam isə hadisənin bütün detalları Sadiq Musayevin uşaqlarının gözü qarşısında olub.
Qonşuların sözlərinə görə ailədə tez-tez münaqişə baş verirdi. Dünyasını dəyişən Sadiq Musayev çobanlıq edirdi və vətəndaşların həyətində sifarişlə fəhlə kimi çalışırdı. Hazırda təqsirli şəxs qisimində onun həyat yoldaşı Arzu Musayeva və Seymuq Xanməmmədov saxlanılıb.
Lənkəranda da qətl hadisəsi baş verib. 53 yaşlı Almagül İsmayılova ailə münaqişəsi zəminində həyat yoldaşı, 80 yaşlı xanaoğlan əzimov tərəfindən balta ilə qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb. Əri öldürülən qadın əslən Lerik rayonunun Mastail kəndindəndir. 5 il əvvəl Xanaoğlan Əzimovla ailə həyatı qurub. Qadının meyiti müayinə olunmaq üçün məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Qeyd edək ki, Almagül İsmayılova Xanoğlan Əzimovun dördüncü arvadı olub. Xanoğlan Əzimovun bundan əvvəlki arvadlarından biri vəfat edib, ikisi isə boşanıb.
BAKU.WSOxşar xəbərlər
Göyçayda DƏHŞƏTLİ QƏTL: 4 uşaq anası ərinin dostu ilə əlbir olub... - FOTO
Göyçay rayonunda amansızlıqla törədilən qətl hadisəsinin təfərrüatı məlum olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Çərəkə kənd sakini, 1980-ci il...