3 oğlan birləşib Şəbnəmi qaçırdı
18
okt
2019
11:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzda 18 yaşlı qız evlənmək məqsədilə oğurlanıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndində baş verib.Rayonun Abdal kənd sakinləri, 1992-ci il təvəllüdlü Zeynalov Tural Nazim oğlu, 1996-cı il təvəllüdlü Musayev Pərviz Vüqar oğlu və 1994-cü il təvəllüdlü Qasımov Mehman Məhəmməd oğlu qabaqcadan əlbir olaraq rayonun Əhmədabad kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədova Şəbnəm Ziyad qızını evinin yaxınlığından zorla maşına mindirərək evlənmək məqsədilə Gədəbəy rayonunun Tərsyer kəndinə apararaq orada saxlayıblar.Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məmmədovanın yeri müəyyən edilib və qız rayon polis şöbəsinə gətirilib.Faktla bağlı Tovuz rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (mütəşəkkil dəstə və cinayətkar birlik tərəfindən adam oğurluğu) maddəsilə cinayət işi başlanıb, T.Zeynalov, P.Musayev və M.Qasımov şübhəli şəxs qismində saxlanılıb.
Oxşar xəbərlər
Sevdiyi qızı qaçırdı, həbs edildi
Daşkəsən sakini evlənmək məqsədi ilə sevdiyi qızı qaçırıb. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, rayonun Qabaqtəpə kəndində yaşayan 2000-ci il təvə...