Sevdiyi qızı qaçırdı, həbs edildi
17
okt
2019
20:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Daşkəsən sakini evlənmək məqsədi ilə sevdiyi qızı qaçırıb. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, rayonun Qabaqtəpə kəndində yaşayan 2000-ci il təvəllüdlü Həsənov Arzuman Çingiz oğlu evlənmək məqsədi ilə həmyerlisi L.Ə-ni qaçırıb. Daşkəsən rayon Polis Şöbəsi və Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçiridikləri birgə əməliyyat tədbirləri ilə qız və onu qaçıran şəxsin yeri müəyyən edilib. Nəticədə qaçırılan qız ailəsinə təhvil verilib. Arzuman Həsənov ilkin ifadəsində hadisəni evlənmək məqsədi ilə etdiyini deyib. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Daşkəsəndə at 5 yaşlı uşağı vurdu
Daşkəsən rayonunda bədbəxt hadisə baş verib.BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Qabaqtəpə kəndində baş verib. 2014 cü il təvəllü...