Azərbaycanda 28 yaşlı qadını zorla evlənmək üçün oğurladılar

03
okt
2019
16:36
Qazax rayonunda 28 yaşlı qadını oğurlayan şəxs saxlanılıb.BAKU.WS “report”a istinadən xəbər verir ki, rayonun Daşsalahlı kənd sakini, 1991-ci il təvəllüdlü N.Məmmədəliyeva oğurlanıb.Məlumata görə, həmyerlisi Vüsal Fədail oğlu Hüseynxanov onu zorla evlənmək məqsədilə qaçırdıb.Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı fakt təsdiqini tapıb və V.Hüseynxanov saxlanılıb.Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
"Ekologiya postu"nda əməliyyat - oğurlanan 18 yaşlı qızı xilas etdilər
"Ekologiya postu"nda adam oğurlayan şəxs saxlanılıb.BAKU.WS “Report”a istinadla xəbər verir ki, Saatlı rayon sakini O.Novruzov (ad-soyad şərtidir) hüquq-mühafiz...
