SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Xəbər verdiyimiz kimi boks üzrə Dünya çempionu Elvin Məmişzadə iyulun 16-da gecə klubunda xanımlardan birini vurub.

BAKU.WS yenicag.az-a istinadən xəbər verir ki, lakin adının açıqlanmasını istəməyən zərərçəkən xanım hadisəni təsdiqləyib.

O, hadisənin təfərrüatını belə izah edib:

"Mənə sadəcə, sillə dəyib. "26club”da oturanda başımdan vurdu. Mən də su içirdim, bakal burnuma dəydi. Əməliyyatdan yeni çıxdığıma görə burnum əzildi. Sonra məni o vəziyyətdə qoyub getdi. Nəyə görə belə etdiyini bilmirəm. O, məni sevirdi. Elvin mənim də sevdiyim insandır. Sentyabrda münasibətimizin bir ili tamam olacaq. Sadəcə, bu aralar küsmüşük. Burnum indi yaxşıdır, ekspertizaya da getməliyəm. Polisə də şikayət etmişdim. Biz bir-birimizi sevirik. Həyatda belə şeylər olur. Daha sonra öz aramızda danışdıq, barışdıq, bir-birimizdən üzr istədik”
 
BAKU.WS