Emin: "3 uşaqla kifayətlənməyəcəm"
İki məşhur biznesmen ata və oğul – Araz və Emin Ağalarovlar "Forbes” dərgisinə müsahibə veriblər.
BAKU.WS axşam.az-a istinadən müsahibəni qısaldılmış formada təqdim edir:
Emin A.: Öz övladına baxıb, onu maşına otuzdurub və sükanı etibar edə biləcəyini düşünəndə, xoş olur. Düşünürəm ki, mən də Araz Ağalarov qədər bu işdə yarıyacam.
Araz A.: Şanslıyam ki, Emin biznesimlə məşğul olur. O, uşaqlıqdan İsveçrədə, Amerikada oxuyub, indi onda biznes məndən yaxşı alınır. Bilirəm tək bu qədər işi bacarmazdım. Nəyəsə, sərmayə qoyanda limitimiz olmur. Bilirəm ki, hansısa işə başlasaq, Emin öhdəsindən gələcək. O, bizim kredit limitimizi bilir.
Aramızda konfliktlər olur. Amma işdə yox. İkimizdə boksla məşğul oluruq. Rinqə çıxsaq bir-birimizi öldürəcəyimizi bilirik. Yaxud da ikimizdə ayrı komandalarda futbol oynasaq, bir-birimizi rəqid hesab edirik. Komandamızı hər vəziyyətə sala bilərik, təki bir-birimizə qalib gələk.
E.A: Biz həmişə fərqli komandalarda oynayırıq.
Emin ailəsindən də bəhs edib:
E.A.: Bizimlə bağlı hər şey aydındı, amma qarşıda nə etmək olar? Toplanan təcrübə əsasında gələcək qurmalıyıq. İndi mənim 7 yaşında olan 2 oğlum var. Onları ailə biznesinə alışdırmağa indidən başlamışam. Övladlarım Bakıda yaşayırlar, bəzən Londonda vaxt keçirirlər. İkinci sinfə gedirlər... Əkizlərimə çox yaxınam. Mənə elə gəlir ki, onlar üçün ailə biznesi ilə məşğul olmaq nə vaxtsa maraqlı gələcək. Lakin bunu vaxt göstərəcək. Ola bilsin ki, onlar mənim sonuncu övladlarım olmayacaqlar. Ümid edirəm ki, 3 uşaqla (övladlığa götürülən Əminəni də nəzərdə tutur-red.) kifayətlənməyəcəm.
İndi mən boşanmışam, amma aramızda heç bir kapital bölgüsü olmayıb. Hər şey çox sakit gedir. Uşaqlar hər iki valideynləri, nənələri və babaları ilə görüşürlər.
Uşaqlığımda atam həmişə yanımda idi, onu hər gün görürdüm. Amma uşaqlarım məni hər gün görə bilmirlər. Çalışıram hər həftə onların yanına gedim. Birlikdə vaxt keçiririk, futbol oynayırıq. Sovet vaxtı atamla edə bilmədiklərimi, onlarla etməyə çalışıram, çünki o zamanlar öz futbol, tennis meydançam yox idi. Uşaqlarıma atamın mənə verdiyindən daha çox tərbiyə verməyə çalışıram.
Çünki onların bu yaşda məni narazı salan çox məqamları var. Bilmirəm, bəlkə də atamın məsləhətinə qulaq asıb onlara heç bir irad tutmayan mövqedə durum. Sadəcə, onlar iki nəfərdir... Onlar dalaşır, hər şeyi dağıdırlar. Oyun zamanı bir-birini öldürə də bilərlər: məsələn, biri əlinə dəmir parçası götürür, digərinin arxasınca düşür və qışqırır: "mən indi səni öldürəcəm”.
A.A.: Uşağı hər an qoruyub, yıxılmağa imkan verməsən, özünü müdafiə etməyi öyrənməz. Nəvələrim dayələrlərlə gəzirlər, onlar elə düşünürlər ki, onlara heç nə ola bilməz. Əgər onları tək qoysaq, bir-birinə nəsə edə biləcəklərini düşünmürlər. Amma həqiqətən də onlar bir-birini yaralaya bilərlər. Biz özümüz hər şeyi bu vəziyyətə gətirmişik, indi dayandırmaq mümkün deyil.
Hazırda Bakıya getmirəm, orada heç bir biznesim yoxdur. Moskvada o qədər işlərim var ki, Bakıya çatdırmıram.
E.A.: Mənim Bakıda "Sea Breeze” adlı bir otelim var. Bir neçə köhnə evi yenidən qurub, satışa qoydum.
A.A.: Qızım Şeylanı 6 il xaricdə oxumağa göndərməyimə peşmanam. O, əcnəbi mentalitetə alışıb. Əsl əcnəbi olub. Ümidimi, itirmirəm, bəlkə düzəldi.
E.A.: Şeyla "Fashion Institute” bitirib və uzun müddət "Neiman Marcus”-da çalışıb. Hazırda başqa yerdə işləyir. İstəmir atasının və qardaşının şirkətində çalışsın.
BAKU.WS
Oxşar xəbərlər
Ağalarovların 70-ci illərə məxsus avtomobilləri (FOTO, VİDEO)
Tanınmış azərbaycanlı iş adamları Emin və Araz Ağalarov 70-ci illərə məxsus maşınlarını təqdim edib. BAKU.WS məlumat verir ki, sənətçi atası Araz Ağalarov və...