SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Hacıqabulda mikroavtobus aşıb.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi qəsəbəsindən keçən hissəsində baş verib.
 
"Mercedes” markalı mikroavtobus aşması nəticəsində iki sərnişin xəsarət alıb. Xəsarət alan şəxslər Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
 
Qəzanın təfərrüatları barədə əlavə məlumatlar veriləcək.
 
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
 
BAKU.WS