VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda quldurluq hadisəsi baş verib.
 
Lent.az xəbər verir ki, iyunun 4-də saat 20 radələrində Nizami rayonu Rüstəmov küçəsində binanın girişində 2 naməlum şəxs İsayeva Yeganə Sabir qılzına hücum edərək onu döyüb. Onlardan Y.İsayevanın içərisində 6 manat və bankomat kartları olan pulqabısını alıb qaçıb. Y.İsayeva isə səs-küyə gələn bina sakinləri ilə birgə onlardan birini tutaraq 25-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verib.
 
Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, 1994-cü il təvəllüdlü  Səidə Kərimova olması müəyyən edilib.
 
Nizami RPİ tərəfindən digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirlər davam etdirilir.
 
BAKU.WS