Bakıda hərbçi cinayətin qarşısını aldı
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun sayıqlığı nəticəsində Bakıda cinayət hadisəsinin qarşısı alınıb. BAKU.WS-in Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 20-də saat 06:00 radələrində Dövlət Sərhəd Xidmətinin Nizami rayonu ərazisində yerləşən hərbi hissəsinin növbətçisi, baş çavuş Əlbəndəyev Süleyman Qasımbala oğlu yaxınlıqdakı ərzaq mağazasından iki nəfər mülki şəxsin oğurluq etməyə cəhd göstərdiklərini müşahidə edib. Hərbi hissə növbətçisi onları saxlamaq istəyərkən şəxslərdən biri hadisə yerindən qaçıb. Baş çavuş S.Əlbəndəyev həmin şəxsi təqib edərək yaxalayıb və hər iki şəxsi hadisə yerinə çağırılan Nizami rayon polis idarəsinin əməkdaşlarına təhvil verib. Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan sərhəddində böyük əməliyyat (FOTO)
Fevralın 11-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. BAKU.WS...