Qaxda külək evin dam örtüyünü uçurub
11
may
2025
20:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qax rayonunda əsən güclü külək ciddi fəsada yol açıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, rayonun Qaxingiloy kəndində yağışla müşahidə olunan güclü külək kənd sakini, 1954-cü il təvəllüdlü Kulaşvili Varabyonun evinin dam örtüyünü qopardaraq qonşu həyətə atıb.
Evə ciddi maddi ziyan dəyib, güclü yağış nəticəsində otaqlar su ilə dolub.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...