Bakıda binanın zirzəmisində qadına qarşı DƏHŞƏTLİ ƏMƏL

Bakıda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu Əliyar Əliyev küçəsində yaşayan insanlar 45-50 yaşlı qadını küçədə qan içində görüb dərhal polisə və təcili tibbi yardıma müraciət ediblər. Həmin qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb.
Araşdırmalarla müəyyən edilib ki, bıçaqlanan qadın paytaxt sakini, 1968-ci il təvəllüdlü Rıbinskaya Olqadır. O, həmin küçədə yerləşən doqquzmərtəbəli binanın zirzəmisində Abbasov Valeh Kamal oğlu tərəfindən bıçaqlanıb.
Bildirilir ki, həmin şəxslər arasında dava düşüb və qadın qaçarkən V.Abbasov onun kürəyinə bir neçə bıçaq zərbəsi endirib.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
BAKU.WS

Oxşar xəbərlər
Bakıda kütləvi dava düşüb, 2 nəfər bıçaqlanıb (VİDEO)
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnmiş kütləvi dava olub. "Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, Asif Məhərrəmov...