Şri-Lankada sərnişin avtobusu dərəyə aşıb: 21 ölü, 14 yaralı
Şri-Lankada baş verən ağır yol qəzası nəticəsində 21 nəfər həyatını itirib, 14 nəfər isə xəsarət alıb.
Hadisə paytaxt Kolombodan təxminən 140 kilometr şərqdə yerləşən Kotmale bölgəsi yaxınlığında qeydə alınıb. Sərnişin avtobusu hərəkətdə olarkən dərəyə yuvarlanıb.
Şri-Lankanın Nəqliyyat və Avtomobil Yolları nazirinin müavini Prasanna Qunassena mətbuata açıqlamasında bildirib ki, qəza nəticəsində 21 nəfər ölüb, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Polis əməkdaşlarının verdiyi məlumata görə, qəza zamanı avtobusda təxminən 50 nəfər sərnişin olub.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
Şimali Koreya lideri Kim Çen Inın öldüyü və ölkədə hakimiyyətin onun bacısı Kim Yo Çjuna keçdiyi barədə iddialar yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə xari...