"28 Mall"ın bağlanması ilə bağlı yeni xəbər (RƏSMİ)

28 Mallın bağlanması ilə bağlı yeni xəbər (RƏSMİ)
Hadisə 12200

"28 Mall” Ticarət Mərkəzinin bu gün səhər saatlarından bağlanması ilə bağlı rəsmi məlumat yayılıb.

BAKU.WS-in məlumatına görə, "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, alış-veriş mərkəzinin daxilində elektriklə bağlı problem yaranıb: "Naqillərdə zədələnmə var. Bizim əməkdaşlarımız problemi aradan qaldırmaq üçün ticarət mərkəzinə gedir".

Qeyd edək ki, "28 Mall" elektrik enerjisinin verilməsinin dayandırlaması səbəbindən səhər saat 10:00-dan etibarən bağlanıb. 

Elektrik enerjisinin hansı səbəbdən dayandırıldığı və ticarət mərkəzinə bağlı qaldığı müddətdə dəyən ziyanla haqqında məlumat verilmir.

Arzu Mirzəyeva 

BAKU.WS

Oxşar xəbərlər

“28 Mall” bağlandı

“28 Mall” bağlandı

"28 Mall” Ticarət Mərkəzi bu gün səhər saatlarından bağlanıb. Mollun qarşısına alış-verişə gəlmiş xeyli adam toplaşsa da, onların içəri girişinə icazə verilmir....

47194 Hadisə 14:53 17 fevral 2017

Son xəbərlər