SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Türkiyənin Sivas şəhərində yaşayan Azərbaycan əsilli şəxs, yaşadığı mənzilin 4-cü mərtəbəsindən özünü ataraq intihar edib.

BAKU.WS məlumat verir ki, hadisə, saat 13:00 radələrində baş verib. Qayalar apartmanı adlanan binanın 4-cü mərtəbəsində yaşayan 62 yaşlı Fikrət Ağayev balkona çıxaraq özünü atıb. Fikrət Ağayev, hadisə yerinə gələn təcili yardımla Sivas Dövlət Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra polis hadisə yerində araşdırmalar aparıb. Məlum olub ki, Fikrət Ağayev ağciyər xərçəngi xəsətəsi imiş. 3 ay əvvəl yoldaşıyla birlikdə Türkiyəyə gələn Fikrət Ağayevin intihar səbəbi kimi xəstəliyi qeyd olunub.
 
BAKU.WS