SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda küçə iti azyaşlının yanağını dişləyərək qoparıb.

BAKU.WS-in "Report"a istinadən xəbərinə görə, hadisə Səbail rayonunda qeydə alınıb. 

Belə ki, Salyan şossesi, ev 12 b ünvanında valideyn nəzarətindən kənarda qalan 2 yaşlı Ramal Elzamin oğlu Paşayev binanın həyətyanı sahəsində yerləşən məişət tullantıları qutularının yaxınlıqda oynayarkən küçə itləri ona hücum ediblər. 

İtlərdən biri uşağın yanağını dişləyərək xəsarət yetirib. R.Paşayev xəstəxanaya yerləşdirilib. Onun üz nahiyəsi həkimlər tərəfindən tikilib.
 
BAKU.WS