SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən gün Türkiyədə qeydə alınan terror aktı ilə bağlı bəzi məqamlar ortaya çıxıb.

Ankaranın Gənclik meydanında partladılan bomba ilə Diyarbakırdakı terrorda istifadə olunan bombalar eynilik təşkil edib. Eyni zamanda həmin bombalardan Suruçdakı terror hadisəsində də istifadə olunub.

Təhlükəsizlik qüvvələri bu bənzərliyə diqqət çəkərək şübhələri İŞİD-ə yönləndirib. 100 nəfərlik işçi qrupu araşdırmaları davam etdirir.

Bombanı işə salanların cəsədləri analiz üçün xəstəxanaya göndərilib. Onların başqa hadisələrdə adlarının olub-olmamağı müəyyənləşdirilir.

Ərazidə yerləşdirilən təhlükəsizlik kameraları da araşdırılmağa başlayıb.

Canlı bombalardan birinin Suruçdakı faciəni reallaşdıran Şeyx Abdurrahman Alagöz itkin düşən qardaşı Yunus Emre Alagözün olduğu ehtimal edilir.

Qeyd edək ki, ötən gün Ankarada partlayış zamanı 95 nəfər ölüb, 246 nəfər yaralanıb.
 
"Qafqazinfo” 
 BAKU.WS