26 yaşlı arvadını bıçaqladıqdan sonra özünü yandıran ər öldü - YENİLƏNİB

Ötən gün Salyanda həyat yoldaşına bıçaqla xəsarət yetirib özünü yandıran şəxs xəstəxanada ölüb.
BAKU.WS xəbər verir ki, Respublika Yanıq Mərkəzinə yerləşdirilmiş Kürsəngi kənd sakini, 32 yaşlı Məcid Kərimov ağır yanıq xəsarətlərindən dünyasını dəyişib.
17:57:37
Salyanda qadın əri tərəfindən bıçaqlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Kürsəngi kənd sakini, 1994-cü il təvəllüdlü Kərimova Aysel Vahid qızı qarın nahiyəsinin çoxsaylı bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb.
Onun həyat yoldaşı,1988-ci təvəllüdlü Məcid Kərimov tərəfindən bıçaqlandığı bildirilir. Qeyd edilir ki, ər həyat yoldaşını bıçaqlayandan sonra özünü yandırıb. M.Kərimov ağır yanıq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Oxşar xəbərlər
Bakıda dəhşət: Keçmiş həyat yoldaşı, onun sevgilisi və qızını qanına qəltan etdi - VİDEO
2019-cu il mayın 20-i gecə saat 3 radələrində Xəzər Rayonu 2-ci Polis Şöbəsinə Binə qəsəbəsində ağır cinayət törədilməsi haqda məlumat daxil olub. Polis və prok...
