SİZİN REKLAM BURADA!
055 213 76 73



Ağdamda qadın həyat yoldaşının ikinci arvadı və öz qızı tərəfindən döyülüb.
 
BAKU.WS xəbər verir ki, APA-nın Qarabağ bürosundan bildirilib ki, hadisə köçkünlər üçün salınmış "Dördyol-1” qəsəbəsində baş verib. Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qəsəbə sakini 1976-cı il təvəllüdlü Məmmədova İlhamə Mehman qızı həyat yoldaşının ikinci arvadı və öz qızı tərəfindən döyüldüyünü bildirib.
 
Xəstəxanadan verilən məlumata görə, İ. Məmmədovaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub həyati təhlükəsi yoxdur.
 
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma başlanıb.
 
BAKU.WS