Bakıda 37 yaşlı kişi üzərinə divan düşməsi nəticəsində ağır xəsarət alıb.

BAKU.WS "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Şamil Kazımov küçəsi 21 ünvanındakı mənzillərdən birində yaşayan 1980-ci il təvəllüdlü Babayev Tural Xanmirzə oğlu evdə sərxoş vəziyyətdə divanı qaldırıb. Nəticədə T.Babayev ağırlığa tab gətirməyərək yıxılıb. Divan onun üzərinə düşüb. T.Babayev sınıq xəsarətləri alaraq 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisənin dəqiq hansı şəraitdə baş verməsi Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının araşdırmalarından sonra məlum olacaq.

BAKU.WS