VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Bakının Binəqədi rayonunda dəhşət yaşanıb. Belə ki, 27 yaşlı Məmmədov Ələkbər Zahid oğlu üstünə benzin tökərək özünü yandırıb.
 
BAKU.WS-in məlumatına görə, zərərçəkənin yaxınları Yenilik.Az-a bildirib ki, mərhum qonşusu ilə torpaq üstündə məhkəmə çəkişməsində olub, sonda Ali Məhkəmə qonşunun əleyhinə qərar çıxarıb, bu gün isə Binəqədi rayon məhkəmə icraçıları məhkəmə qətnaməsinin icrası üçün gəliblər.
 
İcraçıların söküntü fikrinin ciddi olduğunu görən Ələkbər benzin götürüb yuxarı qalxıb və özünü yandıracağını deyib. İcraçılardan biri isə orda olan FHN əməkdaşlarına deyib ki, onu düşürün aşağı verin polisə aparsınlar. Mərhumun qohumu Kövsər xanım bildirir ki, "mən onu dilə tutub aşağı salacaqdım, amma icraçının sözündən sonra özünə od vurdu”. 
 

Ə.Məmmədov bir qədər əvvəl dünyasını dəyişib. Allah rəhmət eləsin.


Hadisə barədə ANS-in "İç xəbər” proqramı da geniş reportaj hazırlayıb. Həmin videonu da sizə təqdim edirik.

BAKU.WS