SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün səhər saatlarında Bakıda baş verən yol qəzası tıxaca səbəb oldu.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində (Əsas yol - Koroğlu metrosu ist.) baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.


Sürücülərə alternativ olaraq Ziya Bünyadov prospekti köməkçi yoldan istifadə etmələri tövsiyə olunur.


Ziya Səccad

BAKU.WS