Kuşner: Putinin ərazi tələbləri Ukrayna ilə razılaşmaya mane olur
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı növbəti addımların yaxın həftələrdə açıqlana biləcəyinə ümid etdiyini bildirib.
BAKU.WS xəbər verir ki, Kuşner bunu Kiyevdə keçirilən "Yalta Avropa Strategiyası" konfransına videobağlantı ilə qoşularaq deyib.
Onun sözlərinə görə, ABŞ sülh sazişinin əsas hissəsini artıq hazırlayıb, lakin prosesin qarşısında əsas maneələrdən biri ərazi məsələsidir.
Kuşner bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin ərazi ilə bağlı tələbləri var və Ukraynanın bu şərtləri qəbul etməməsi razılaşmanın əldə olunmasını çətinləşdirir.
Kuşner qeyd edib ki, ABŞ tərəfi hər iki ölkənin mövqelərini nəzərə alan və münaqişənin yenidən başlamasının qarşısını ala biləcək "kreativ həll" axtarır.
O, həmçinin Rusiya və Ukraynanın müharibənin başa çatdırılmasında maraqlı olduğunu vurğulayıb və qarşıdakı bir neçə həftə ərzində danışıqlarda növbəti mərhələnin açıqlanacağına ümid etdiyini bildirib.
Oxşar xəbərlər
İndoneziyada 243 nəfərin olduğu gəmi batıb
İndoneziyada Yava dənizində hərəkətdə olan və göyərtəsində 243 nəfərin olduğu gəmi ilə əlaqə kəsilib. BAKU.WS xəbər verir ki, hadisə fırtına zamanı "Virgo Trans...