VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"VAZ-2107" radarda "Jeep" kimi görünür, yaxud da protokol səhvdir.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, tragikomik hadisə Cəlilabadda baş verib.  "VAZ-2107" markalı avtomobili olan Cəlilabad rayon sakininə göndərilən prokolda "Jeep"lə radara düşdüyü göstərilib.

Cəlilabad rayon Maşlıq kənd sakini Xudakərim Əkbərovun başına gələn hadisə eşidənləri təəccübləndirir. Bir neçə gün əvvəl onun ünvanına gələn cərimə protokolunda bildirilib ki, yanvar ayının 23-də paytaxtın Heydər Əliyev prospektində maksimum sürət həddinin 60 olduğu ərazidə avtomobili "Jeep"i saatda 73 kilometr sürətlə idarə edib. Əslində isə onun "Jeep"i... yoxdur.

Daha da maraqlısı cərimə protokolunun bir səhifəsində radara düşən avtomobilin açıq aydın "Jeep" olduğu göstərilsə də, digər səhifədəki qeydlər də Xudakərim Əkbərova məxsus olan "VAZ- 2107" markalı - 10 NS 686 nömrə nişanlı avtomobil olduğu yazılıb. Amma 07-nin "Jeep" kimi çıxması bir kənara, sürücü deyir ki, son bir ildə, ümumiyyətlə, Bakıda olmayıb. Onun olmadığı yerdə radara düşməsi isə anlaşılmazdır.
İndi vətəndaş adına səhvən yazılmış cərimənin silinməsini istəyir.
 
BAKU.WS