74 yaşlı Bülent Ersoy estetik əməliyyatdan sonra yeni görünüşünü paylaşdı
Türkiyənin məşhur sənətçisi Bülent Ersoy 74 yaşında estetik əməliyyat keçirib. Sənətçinin əməliyyatdan sonrakı görüntüsü sosial şəbəkələrdə geniş müzakirə olunub.
Ersoyun üzünə "Lolita lift", orta üz və alın dartılması prosedurlarının tətbiq edildiyi bildirilib.
Sənətçi əvvəllər üzündə heç bir estetik müdaxilə etdirmədiyini, hətta uzun illər botoks belə etdirmədiyini açıqlayıb.
Onun yeni görüntüsünü bəyənənlər "gəncləşib" şərhləri yazıb. Bəzi izləyicilər isə sənətçini tanımaqda çətinlik çəkdiklərini bildiriblər.
Ersoy əməliyyat qərarında həmkarları Safiye Soyman və Seda Sayanın da təsirinin olduğunu deyib. O, gələcəkdə daha estetik prosedurlar etdirəcəyini də açıqlayıb.
Oxşar xəbərlər
Günel Zeynalovanın atası : "Allah qarşısına namuslu adam çıxartsın"
Müğənni Günel Zeynalovanın atası, musiqiçi Rəhman Zeynalov ona xoş arzularını ifadə edib. BAKU.WS xəbər verir ki, o bu barədə "Qonaqcanlı" verilişinə açıqlaması...