Vettel Ferrarini yox Grand Cherokee-ni seçdi!

Formula 1 yarışması ilə əlaqədar şəhərimizə gələn məşhur Ferrari pilotu Sebastian Vettel gözlənilməz bir addım atıb.
Belə ki, redaksiyamıza gələn zənglərdən və sosial mediada dolaşan xəbərlərdən belə nəticəyə gəlmək olar ki, pilot şəhərimizdə Jeep markalı avtomobil sürərkən görünüb. Məsələnin ajiotaj yaradan tərəfi isə Vettelin şəhəri dolaşmaq üçün Ferrari-ni deyil, Jeep Grand Cherokee-ni seçməsidir.
Həmçinin sosial mediada dolaşan informasiyaya görə, dünən Vettel Jeep Grand Cherokee markalı avtomobili ilə şəhərdə yüksək sürət ilə manevrlər edib və bu zaman Yasamal rayonu ərazisində DYP-ə məxsus bir neçə avtomobil onu izləyib.
Xəbər haqqında dəqiq məlumatı olan şəxsin redaksiyamıza müraciət etməsini rica edirik.
BAKU.WS

Oxşar xəbərlər
Bakıda anbarda qalan avtomobillər ucuz qiymətə satışa çıxarıldı (QİYMƏTLƏR)
Azərbaycanda avtomobil şirkətləri anbarda qalan avtomobilləri satmaq üçün satış şərtlərini dəyişirlər. Yəni, bəzi lizinq və kreditlə satılan avtomobillərdə ilki...