Bakıda təhlükəzislik tədbirləri gücləndiriləcək
"Formula 1 yarışı zamanı Bakıda təhlükəsizlik tədbirləri gücləndiriləcək". Bunu Bakıda Formula 1 yarışını təşkil edəcək "Baku Grand Prix" şirkətinin milli mətbuat katibi və marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai britaniyalı ailənin "Formula-1" rəhbərliyinə etdiyi müraciətə cavab olaraq ANS PRESS-ə açıqlamasında bildirib.
Nigar Arpadarainin sözlərinə görə, "Baku Grand Prix" şirkəti təhlükəsilik ilə bağlı bütün aidiyyəti qurumlarla iş birliyi qurub. "Biz İcra Hakimiyyəti, Dövlət Yol Xidməti, Daxili İşlər Nazirliyi, həm də Fövqəladə Hallar Nazirliyi ilə yaxından əməkdaşlıq edirik. Bütün təhlükəsizlik tədbirləri görüləcək ki, heç bir problem olmasın. Ümumiyyətlə, bu tək bizim arzumuz deyil, təhlükəsizlik ilə bağlı işlər Beynəlxalq Avtomobil Federasiyasının standartlarına uyğun olmalıdır. Adətən Formula 1 həftəsi ərzində bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə olur. Təəssüf ki, heç bir qurum belə xoşagəlməz hadisələrdən sığortalanmayıb. İstənilən ölkədə, təəssüf ki, xoşagəlməz qəza baş verə bilər. Biz öz tərəfimizdən təhlükəsizliyi qorumaq üçün tədbirlər görürük".
20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 340 km saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqasının cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir. Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikləri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.
BAKU.WS
Oxşar xəbərlər
Formula 1-in yarış maşınları Bakıda (FOTO)
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu ilin yayında Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisini daha geniş şəkildə dünya ictimaiyyətinə tan...