Leonardo Di Kaprionun sevgilisi stilistiylə əl-ələ GÖRÜNTÜLƏNDİ

Leonardo Di Kaprionun sevgilisi stilistiylə əl-ələ GÖRÜNTÜLƏNDİ
Şou-biznes 57

Hollivud aktyoru Leonardo Di Kaprio sevgilisi Vittoria Çerettinin ispan stilist Mark Fornla görüntülənməsindən sonra sosial şəbəkələrdə müzakirə olunub.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, paparassilər dostları İbizada istirahət zamanı lentə alıblar. Fotolarda Di Kaprio telefonuna baxır, sevgilisi isə Mark Fornla əl-ələ görünür.

Görüntülər sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər aktyorla bağlı zarafatlar ediblər.

Qeyd edək ki, Di Kaprio və Vittoria Çerettinin İbizada istirahətindən fotolar daha əvvəl də yayılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər