FHN: Bir həftə əvvəl Samur-Abşeron kanalında batan şəxsin axtarışları davam etdirilir - VİDEO

FHN: Bir həftə əvvəl Samur-Abşeron kanalında batan şəxsin axtarışları davam etdirilir - VİDEO
Video
Hadisə 38

Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin Samur-Abşeron su kanalına düşməsi nəticəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən intensiv şəkildə davam etdirilir.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, hazırda vətəndaşın axtarışları batdığı ehtimal olunan istiqamətlər üzrə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər