FHN: Bir həftə əvvəl Samur-Abşeron kanalında batan şəxsin axtarışları davam etdirilir - VİDEO
15
avq
2024
13:00
Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin Samur-Abşeron su kanalına düşməsi nəticəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən intensiv şəkildə davam etdirilir.
FHN-dən BAKU.WS-ə verilən məlumata görə, hazırda vətəndaşın axtarışları batdığı ehtimal olunan istiqamətlər üzrə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır - VİDEO
Avqustun 9-u gecə saatlarında 44 günlük Vətən müharibəsi iştirakçısı Abusət Əliyevin Samur-Abşeron kanalında batdığı bildirilib. İddialara görə, o suda batarkən...