Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs olunub

01
avq
2024
23:23
Tanınmış ukraynalı kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) həbs edilib.
"Report" xəbər verir ki, O. Krapivin bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Bakıda həbs olunub.
İdarənin təqdimatı əsasında Nərimanov rayon Məhkəməsi tərəfindən onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər.
Qeyd edək ki, "Oleq Bakinski"nin saxlanılması ilə bağlı ilk xəbəri "Azinforum.az" yayıb.
Oxşar xəbərlər
Beş ilin qisası: Dünya çempionunun CİNAYƏT İŞİ + FOTO
2018-ci il iyulun 3-də Ukraynanın Kiyev şəhəri Bolşaya Vasilkovskaya küçəsində kosmetika mağazasının qarşısında Azərbaycan vətəndaşı 1986-cı il təvəllüdlü Davud...
