Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirildi

Paytaxtın Suraxanı rayonunda azyaşlını girov götürüb öldürəcəyi ilə hədələyən şəxs zərərsizləşdirilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, axtarışda olan, əvvəllər hərbi və digər cinayət əməllərinə görə məhkum olunmuş X.Əhmədov saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb, müqavimət göstərib, uşağı girov götürərək boğaz nahiyəsinə soyuq silah dayayaraq onun həyatına təhlükə yaratmaqla qeyri-adekvat hərəkətlərini davam etdirib.
Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu buna məhəl qoymadığından ətrafda olan şəxslərin və azyaşlının təhlükəsizliyi nəzərə alınaraq, X.Əhmədova polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilərək zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda qətlə yetirilən polis kapitanı dəfn olundu - YENİLƏNİB - VİDEO
Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı Fəxrəddin Nəsirov dəfn edilib. Qeyd edək ki, iyulun 6-da saat 24 radələrində paytaxtın Suraxanı r...
