SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın Xətai rayonu, Fəzail Bayramov küçəsində təhlükəli vəziyyət yaranıb.

Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, F. Bayramov 4 ünvanında (Afiyəddin Cəlilov küçəsi ilə kəsişmədə) binalarda təmir zamanı istifadə edilən yükdaşıyan inşaat konstruksiyası havada asılı vəziyyətdə qalıb.

Belə ki, konstruksiyanı sabitləyən asqılarından biri qopub. Nəticədə dəmir konstruksiya küləyin də təsiri ilə sağa-sola yırğalanır. Bu da ərazidən keçənlər üçün ciddi təhlükə yaradır.

Sözügedən görüntüləri təqdim edirik:

Banu Hüseynli
BAKU.WS
VİDEO