Paytaxtda TƏHLÜKƏLİ ANLAR: Qəzalı dəmir konstruksiya binadan asılı qaldı - VİDEO

Paytaxtda TƏHLÜKƏLİ ANLAR: Qəzalı dəmir konstruksiya binadan asılı qaldı - VİDEO
Video
Hadisə 206

Paytaxtın Xətai rayonu, Fəzail Bayramov küçəsində təhlükəli vəziyyət yaranıb.

Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, F. Bayramov 4 ünvanında (Afiyəddin Cəlilov küçəsi ilə kəsişmədə) binalarda təmir zamanı istifadə edilən yükdaşıyan inşaat konstruksiyası havada asılı vəziyyətdə qalıb.

Belə ki, konstruksiyanı sabitləyən asqılarından biri qopub. Nəticədə dəmir konstruksiya küləyin də təsiri ilə sağa-sola yırğalanır. Bu da ərazidən keçənlər üçün ciddi təhlükə yaradır.

Sözügedən görüntüləri təqdim edirik:

Son xəbərlər