Birinci Qarabağ müharibəsinin şəhidi Mehdiqulu Quliyev dəfn edilib - FOTO
05
iyn
2024
15:57
Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mehdiqulu Mədət oğlu Quliyevlə Beyləqan rayonunun Milabad qəsəbəsində vida mərasimi keçirilib.
BAKU.WS-in Report-a istinadən məlumatına görə, şəhidin nəşi Beyləqan rayonunun Milabad qəsəbə qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Beyləqan Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
Zərdabda Birinci Qarabağ müharibəsinin şəhidi Zakir İsaqov dəfn edilib - FOTO
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Zakir Nüsrət oğlu İsaqovla Zərd...