Zərdabda Birinci Qarabağ müharibəsinin şəhidi Zakir İsaqov dəfn edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Zakir Nüsrət oğlu İsaqovla Zərdab rayonunun Təzəkənd kəndində vida mərasimi keçirilib.
BAKU.WS-in Report-a istinadən məlumatına görə, şəhidin nəşi Zərdab rayonunun Təzəkənd kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Zərdab Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Zakir Nüsrət oğlu İsaqov 1958-ci il noyabrın 19-da Zərdab rayonunun Təzəkənd kəndində anadan olub. O, 1992-ci il sentyabrın 24-də Ağdərə rayonunun Çıldıran kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Qalereya
Oxşar xəbərlər
30 ildən sonra nəşi tapılan şəhidlə Bakıda dəfn edilib - FOTO - YENİLƏNİB
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Arif Ələkbər oğlu İmaməliyev dəfn olunub. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, şəhid Suraxanı rayonu, Yeni...