31 il əvvəl Şuşada itkin düşən hərbçi dəfn olundu - YENİLƏNİB + VİDEO

31 il əvvəl Şuşada itkin düşən hərbçi dəfn olundu - YENİLƏNİB + VİDEO
Foto Video
Hadisə 11

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, nəşi 31 il sonra tapılmış Hüseynov Gülverdi Ağahüseyn oğlu dəfn edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, G.Hüseynov yaylım atəşi və Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.

Qeyd edək ki, Gülverdi Hüseynov Birinci Qarabağ müharibəsində itkin düşüb. Həmin vaxt onun 41 yaşı var imiş. 1992-ci ilin yanvar ayında Gülverdi Hüseynovun şəhid olması ilə bağlı ailəsinə məlumat verilib. Lakin həmin vaxtı ərazidə döyüşlər getdiyi üçün şəhidin nəşini götürmək mümkün olmayıb.

Bildirək ki, Gülverdi Hüseynovun adını daşıyan nəvəsi, Qasımov Gülverdi Abil oğlu da Vətən Müharibəsində döyüşlərə qatılaraq şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallarına layiq görülüb.

***13:48Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, nəşi 31 il sonra tapılmış Hüseynov Gülverdi Ağahüseyn oğlu ilə vida mərasimi başa çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi dəfn olunması üçün Qobu qəbiristanlığına gətirilib.

***13:28Abşeron rayonunun Qobu qəsəbəsində Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Hüseynov Gülverdi Ağahüseyn oğlu ilə vida mərasimi keçirilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, qəsəbə sakinləri, hökumət və ictimaiyyət nümayəndələri iştirak edirlər.

O, Qobu qəbiristanlığında dəfn ediləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər